audio audio | text string | duration float64 | audio_file string |
|---|---|---|---|
Belə bir şey paylaşmışdılar səhifələrdən biri Macarıstanın məşqindən oyundan əvvəl video paylaşmışdılar. | 5 | 3365333776051_44.wav | |
Bir nəfər də girib şərh yazıb ki, Macar dilini bilən varsa onlara deyin üç dənədən çox pul vurmasınlar. | 4.16 | 3365333776051_45.wav | |
Yəni bu sosial mediada olur belə artıq. | 2.05 | 3365333776051_46.wav | |
Sadəcə çıxmışdılar onlar yoldaşlıq görüşünə oynamağa, eləməyə, yəni əgər ki, burda prinsipallıq olsaydı, əgər ki, bu dünya çempionatının seçmə mərhələsi olsaydı, önümüzdə tamamilə fərqli komanda var idi. | 10.75 | 3365333776051_47.wav | |
Onların çempion olan heyəti var. | 0.9 | 3365333776051_49.wav | |
Nə istəyirik biz bunlardan? | 0.931 | 3365333776051_50.wav | |
Yanlı bu krişalarda bütün o bakları yığışdırdılar ki, indi heç bizə zapas suyumuz olmurdu. | 4.43 | 4568845700865_0.wav | |
İndi bu vəziyyətdir. | 1.02 | 4568845700865_1.wav | |
Bunun təmizliyi var, sanuzeli var, yuyunmağı var, bu hələ o çimmək başqa şey. | 5.85 | 4568845700865_2.wav | |
İndi bu baklarla nə qədər biz su daşıyaq. | 3.1 | 4568845700865_3.wav | |
Oğuz Qəbələ Bakı magistral su kəmərində baş verən qəzadan sonra paytaxt sakinlərinin su ilə sınağı başlayıb. | 6.32 | 4568845700865_4.wav | |
Onlar ya marketlərdən qablaşdırılmış su almağa, ya da binaların həyətindəki su kranlarından istifadə etməyə məcbur olurlar. | 7.6 | 4568845700865_5.wav | |
Susuz günlərin yaya təsadüf etməsi vəziyyəti daha da çətinləşdirib. | 4.06 | 4568845700865_6.wav | |
Qarşıdakı dörd gün də su sarıdan ağır olacaq. | 3.35 | 4568845700865_7.wav | |
O binanın arxasından düz gəlirik bura beləcə. | 4.48 | 4568845700865_8.wav | |
Ona da daşımaq olmur. | 1.04 | 4568845700865_9.wav | |
Xəstə adamam, yaşlıyam. | 1.45 | 4568845700865_10.wav | |
Heç olmasa bir su maşını göndərsinlər, bir iki vedrə götürək də. | 4.37 | 4568845700865_11.wav | |
Dörd gün suyun olmamağı vətəndaşlara, evlərə, uşaqlı ailələrə çox böyük problemlər yaradır. | 6.58 | 4568845700865_12.wav | |
Keçən il də bu vəziyyət yarandı, bir həftə camaatı burda susuz qoydular. | 4.11 | 4568845700865_13.wav | |
Mütəxəssislər isə hesab edirlər ki, belə qəzaların baş verməməsi üçün ciddi monitorinqlər keçirilməli. | 5.87 | 4568845700865_14.wav | |
Su kəmərləri nəzarətdə saxlanılmalı, paytaxtda alternativ anbarlar yaradılmalıdır. | 5.41 | 4568845700865_15.wav | |
Bakıda ehtiyat su anbarlarının tikintisi lazımdır və bəzən elə təbii obyektlər var ki, elə onlardan istifadə etmək olar. | 7.13 | 4568845700865_16.wav | |
Məsələn, elə həcmi kifayət qədər böyük olan, hətta Ceyranbatan su anbarından da böyük olan Xocəsən gölü var ki, indi o çirkab sularının təsirinə məruz qalır. | 9.34 | 4568845700865_17.wav | |
Bu gölü təmizləmək olar. | 1.38 | 4568845700865_18.wav | |
Bu gölündə olan çirkabı təmizləmək olar. | 2.58 | 4568845700865_19.wav | |
Və gələcəkdə həmin göldən alternativ su anbarı kimi istifadə etmək olar. | 4.47 | 4568845700865_20.wav | |
Bakını bu cür qəzalardan hökmən sığorta etməliyik. | 3.71 | 4568845700865_21.wav | |
Yəni Bakı bu cür qəzalara təslim olmamalıdır. | 3.31 | 4568845700865_22.wav | |
Milli Məclisin regional məsələlər komitəsinin üzvü deputat Arzuxan Əlizadə isə qəzaya diqqət çəkərək Oğuz Qəbələ Bakı su kəmərini 20-ci əsrin əvvəllərində istifadəyə verilən və demək olar ki, heç bir problemə rast gəlinməyən Şollar Bakı su kəməri ilə müqayisə etdi. | 16.07 | 4568845700865_23.wav | |
Onun sözlərinə görə, 15 ildir ki, istismara verilən su xəttində isə demək olar ki, hər yay qəza baş verir. | 6.05 | 4568845700865_24.wav | |
O hesab edir ki, bu problem ciddi araşdırılmalı və aradan qaldırılması istiqamətində işlər görülməlidir. | 6.4 | 4568845700865_25.wav | |
Bakı şəhəri əslində 2 milyondan bir qədər artıq əhalinin yaşaması üçün nəzərdə tutulub və su ilə təminat məsələsi də elə bu sayda insan üçün nəzərdə tutulmuşdu. | 10.28 | 4568845700865_26.wav | |
Azərbaycan su ehtiyatlarının təxminən 25-30 faizi elə həmin ərazilərdə, işğaldan azad olunmuş ərazilərdə yerləşir. | 6.84 | 4568845700865_27.wav | |
Və həmin ərazilərdə yeni su anbarları tikilibdir, istifadəyə verilibdir və həmin ərazilərin su ilə təchizatı məsələsi artıq yoluna qoyulmaqdadır. | 9.94 | 4568845700865_28.wav | |
Eyni zamanda mütəxəssislərin fikirləri var ki, həmin ərazilərdən Bakıya alternativ su kəmərinin çəkilməsi ehtimalı da ola bilər. | 8.9 | 4568845700865_29.wav | |
Yeri gəlmişkən, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti baş vermiş qəzanın səbəbini açıqlayıb. | 6.15 | 4568845700865_30.wav | |
Bildirilib ki, su kəməri şüşəli borularla inşa olunub. | 3.15 | 4568845700865_31.wav | |
Bu tipli boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır. | 5.36 | 4568845700865_32.wav | |
Lakin borular spesifik texniki xüsusiyyətlərinə görə həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər. | 11.25 | 4568845700865_33.wav | |
Qeyd edək ki, Oğuz Qəbələ Bakı su kəmərində baş verən qəza ilə əlaqədar qarşıdakı üç gün ərzində Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su fasilələrlə veriləcək. | 10.7 | 4568845700865_34.wav | |
İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən əvvəlki rejimlə verilməsi bərpa olunacaq. | 5.9 | 4568845700865_35.wav | |
Qasım Xuluflu, Rüfət Əliyev, İTV xəbər. | 2.68 | 4568845700865_36.wav |